Mbappe və Neymar niyə yola getmir?
24.05.2019 , 10:13

Yayda Neymar və ya Kilian Mbappe biri PSJ klubunu tərk edə bilər
Fransa mətbuatına istinadən verilən xəbər görə, Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb. Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futbolçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.
Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumunun fikrincə, cari mövsüm öz oyunu ilə komandanın yüksək maaş almağa layiq biri olduğunu sübut edib.
Qeyd olunub ki, ikili arasında münasibətlər o qədər mürəkkəb həddə çatıb ki, yayda onlardan biri PSJ-ni tərk edə bilər. (qol.az)
