Mbappe “Siti” ilə həlledici matçda meydana çıxacaq
10.12.2025 , 18:58
Kilian Mbappe Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək 6-cı tur oyununda “Real Madrid”in “Mançester Siti” ilə görüşündə komandaya kömək edəcək.
Korner.az xəbər verir ki, klub hücumçunun matçın iştirak ərizəsinə salındığını açıqlayıb.
Zədə problemi olmasına baxmayaraq Mbappenin meydana çıxacağı gözlənilir. Xatırladaq ki, o, La Liqada “Selta” ilə qarşılaşmada (0:2) sol əl barmağını qırmış və buna görə son məşqdə iştirak etməmişdi.
Bu gün “Santyaqo Bernabeu”da oynanılacaq qarşılaşma öncəsi “Real Madrid” 12 xalla 6-cı, “Mançester Siti” isə 10 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.