Mbappe rəsmən “Real”da!
16.07.2024 , 14:15
“Real” Kilyan Mbappenin keçidini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ulduz futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Mbappe Madrid təmsilçisində “9”nömrəli formanı geyinəcək.
Bundan başqa, oyunçunun bu gün “Santyaqo Bernabeu” stadionunda təqdimat mərasimi keçiriləcək.