Mbappe Ramosun getməyini istəmir
11.05.2023 , 18:13
PSJ ilə müqaviləsi başa çatan Serxio Ramos Fransa təmsilçisindən illik 6 milyon avro qazanır.
Korner.az xəbər verir ki, üdafiəçinin PSJ-də davam etmək üçün maaşında böyük fədakarlıq etməli olduğu xarici mətbuatda dilə gətirilərkən, Ramosun buna hazır olduğu qeyd edilib.
Digər tərəfdən, jurnalist Eduardo İndanın xəbərinə görə, Serxio Ramos üçün Kilian Mbappe hərəkətə keçib. Fransız ulduzun Ramosla yeni müqavilə imzalanması üçün PSJ-yə təzyiq etdiyi bildirilib.
PSJ hələ Serxio Ramosla davam edib-etməmək barədə qərar verməyib.
Bu mövsüm PSJ-də 41 oyun keçirən təcrübəli müdafiəçi 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.