Mbappe PSJ-də qalmaq istəmir
24.05.2023 , 13:31

Kilian Mbappe PSJ-dəki gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, futbolçu Fransa klubu ilə yeni müqavilə imzalamaq istəmir.
Bu barədə “L’Equipe” məlumat yayıb.
Mbappe bu mövsüm PSJ-nin heyətində 41 oyuna çıxıb, 40 qol vurub və 9 qolun ötürməsini verib.
