Mbappe: “Oynadığımız futbol bizə yaramadı”
15.04.2019 , 19:24

Fransa çempionatının 32-ci turunda səfərdə “Lil” klubuna məğlub olan PSJ klubunun futbolçusu Kylian Mbappe oyunla bağlı danışıb.
Uşaq kimi oynadıqlarını deyən fransalı futbolçu çempion olacaqlarına inandığını bildirib.
“Əlbəttə, biz çempion olacağıq. Bu gün çox pis oynadıq. Uşaq səhvləri etdik və böyük hesablı məğlubiyyətlə məğlub olduq. Tezliklə, çempionluğu rəsmiləşdirəcəyik”.
Qeyd edək ki, ehtiyatda bir oyunu olan PSJ ən yaxın izləyicisini 17 xal qabaqlayır.
