Mbappe: “Messi ilə eyni komandada oynayacağımı heç vaxt düşünməmişdim”
13.10.2025 , 10:30
“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ-də Lionel Messi ilə keçirdiyi illərdən danışıb.
Korner.az xəbər verir ki, o, argentinalı ulduz haqqında fikirlərini bölüşüb:
“Messi ilə oynamaq mənim üçün böyük şans idi. Onunla eyni komandada çıxış edəcəyimi heç vaxt ağlıma gətirməmişdim, çünki uşaqlıqdan yeganə arzum “Real”da oynamaq olub. “Barselona”ya keçmək barədə isə heç düşünməmişəm.”
Xatırladaq ki, Mbappe və Messi 2021–2023-cü illərdə PSJ-nin heyətində birlikdə forma geyiniblər. 2023-cü ildə Messi “İnter Mayami”yə transfer olunub, bir il sonra isə Mbappe PSJ-ni tərk edərək “Real”a keçib.