“Mbappe mənim qədər yaraşıqlı deyil” – Pele
04.04.2019 , 16:28

Dünya futbolunun canlı əfsanəsi Pele Parisdə iştirak etdiyi xüsusi tədbridə PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.
78 yaşlı veteran futbolçu “La Parisien” qəzetinə müsahibəsində fransalı oyunçunun gələcəkdə dünyanın ən yaxşısı olacağını deyib:
“Mbappenin PSJ-dən ayrılmasına ehtiyac yoxdur. Sadəcə, indiyə qədərki oyununu davam etdirməlidir. Bunu etsə, dünyanın ən yaxşısı olacaq”.
Pele 20 yaşlı hücumçudan daha yaraşıqlı olduğunu da söyləyib: “O, mənim qədər yaraşıqlı deyil (gülür). Ortaq nöqtəmiz isə meydanda oyunu oxuya və gedişatı dəyişdirə bilmə bacarığıdır. Peledən sonra ikinci olmaq mənim üçün heç bir problem deyil. Meydanda və komputer oyunlarında vurduğum qolları toplasanız belə, heç vaxt 1250 rəqəminə çata bilmərəm”.
