Mbappe gələcəyi haqqında danışdı
10.03.2019 , 18:30

PSJ klubunun fransalı futbolçusu Kilian Mbappe gələcəyi haqqında danışıb.
Gənc oyunçu hazırki klubuna inandığını və daha da yaxşı olmaq üçün çalışdığını deyib:
“Mən bu klubda özümü xoşbəxt hiss edirəm. Gələcək mövsüm yenə burada qalacam. Çempionlar Liqasından kənarda qalmağımız mənə çox pis təsir etdi. Gecələr yata bilmirəm, amma gələn mövsüm daha yaxşı olacağına inanıram.”
Qeyd edək ki, Mbappe PSJ klubunun heyətində 48 görüşdə 37 qol vurub.
