Mbappe Fransa millisinin tarixinə keçdi
22.06.2018 , 12:25

DÇ-2018-in qrup mərhələsində Peru ilə matçda komandasının qələbə qolunu vuran Kilian Mbappe Fransa millisinin tarixinə düşüb.
Gənc forvard Fransa yığmasının heyətində mundiallar tarixindən qol vuran ən gənc futbolçu olub (19 yaş, 183 gün).
Öncəki rekord isə David Trezeqeyə məxsus idi (DÇ-1998. 20 yaş, 246 gün).
