Mbappe “Elçe” matçında hakim qərarına etiraz etdi
24.11.2025 , 18:15
İspaniya La Liqasında “Elçe” ilə baş tutan 2:2 hesablı oyundan sonra “Real”ın hücumçusu Kilian Mbappe diqqət mərkəzinə düşüb.
Korner.az xəbər verir ki, fransalı futbolçu matç bitdikdən sonra baş hakim Fransisko Xose Ernandes Maesoya yaxınlaşıb və əlavə vaxtın az göstərilməsinə etiraz edib. Hakim bu hərəkətinə görə Mbappeyə sarı vərəqə göstərib.
Mbappe son 3 oyunda qol vura bilməsə də, “Real”ın bərabərlik qolunda (Cud Bellingem) məhsuldar ötürməni verib. Lakin “Elçe” tərəfi həmin epizodda qapıçı İnyaki Penyanın zədələnməsi səbəbindən oyunun dayandırılmalı olduğunu iddia edərək qola etiraz edib.
Bu nəticədən sonra xal itirən “Real” liderliyi “Barselona”ya təhvil verib.