PSJ-nin yeni transferi Kilian Mbappe Paris klubunda ilk oyununa çıxıb.
Fransa Liqasının 5-ci turun “Metz”lə səfər oyununda (5:1) debüt edən gənc hücumçu yeni komandasında qol hesabını açıb. O, matçın 59-cu dəqiqəsində PSJ-nin ikinci qolunu vurub.
Fransalı forvard “Monako”dan 180 milyon avro qarşılığında transfer edilib.
