Mbappe Bakıda! – Fransa yığmasının heyəti açıqlandı
06.11.2025 , 20:22
Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.
Korner.az xəbər verir ki, baş məşqçi Didye Deşam noyabrın 13-də Ukrayna ilə evdə, noyabrın 16-da isə Bakıda Azərbaycan millisinə qarşı oynanılacaq matçlar üçün 24 futbolçu çağırıb:
Qapıçılar: Lyuka Şevalye, Mayk Menyan, Bris Samba
Müdafiəçilər: Conatan Kloss, Lyuka Din, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Dayo Upamekano
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Genduzi, Manu Kone, Adrian Rabyo, Orelyen Tçuameni, Uorren Zair-Emeri
Hücumçular: Bredli Barkola, Usman Dembelen, Dezire Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Türam
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.