Mbappe “Atletiko”ya qarşı oyunu buraxacaq
05.01.2026 , 14:00
“Real”ın hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”ə qarşımeydana çıxmayacaq.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanına da yollanmayacaq.
Qeyd edək ki, 27 yaşlı forvard bu mövsüm 24 matçda iştirak edib və 29 qol vurub.