Fransa Futbolçularının Həmkarlar İttifaqı ölkə çempionatında cari mövsümün ən yaxşı gənc futbolçu, ən yaxşı qapıçısı və baş məşqçisini seçib.
Korner.az-ın məlumatına görə, bu mükafatlara “Monako”nun üzləri layiq görülüb. Ən yaxşı gənc futbolçu Kilian Mbappe, ən yaxşı baş məşqçi Leonardo Jardim və ən yaxşı qapıçı isə Daniel Subaşiç seçilib.
18 yaşlı Mbappe cari mövsüm liqada 27 matçda 14 qol vurub, 8 qolun ötürməsini verib.
