Braziliyalı futbolçu Maykon “Roma” ilə müqaviləni artırıb.
Korner.az-ın məlumatına görə, bundan sonra 33 yaşlı müdafiəçinin sözləşməsi 2016-cı ilə qədər nəzərdə tutulacaq.
Maykon 2013-cü ildə “Mançester Siti”dən Romaya gəlib. Bu mövsüm ərzində o, “Roma”nın heyətində 10 oyuna bir qol vurub.
