Gələn mövsüm üçün Türkiyə Superliqasında çempionluğu hədəfliyən "Trabzonspor" klubu heyətini gücləndirmə işlərinə davam edir.
Korner.az-ın məlumatına görə, qaradənizlilər "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz qalan Maykl Oueni sıralarına qatmaq istəyir. Lakin ingilis forvardın meneceri transferin baş tutması üçün ağır şərtlər qoyub.
Türkiyə təmsilçisi futbolçuya 2.5 milyon avro məbləğ ödəməyə hazırdır. Lakin qarşı tərəf bunu az hesab edir.