Mauro Lustrinelli: “Fasiləyə qədər daha çox qol vura bilərdik”
15.10.2019 , 23:37

21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis, 1:0 hesabıyla bitən görüşü belə şərh edib:
Qələbə qazansaq da, buna asan nail olmadıq. Rəqibimiz də bunu bacarmaq üçün ürəklə oynadı. İstənilən halda, məqsədimizə çatdıq və hazırda 3 oyundan 9 xal toplamışıq ki, buna görə də özümü xoşbəxt hiss edirəm. Slovakiya yığması burda məğlub olmuşdu. Bunu nəzərə alsaq, bu komandaya qarşı oynamağın çətin olduğunu vurğulamalıyıq. Hətta deyərdim ki, oyunda bir az bəxtimiz gətirdi. Rəqib xüsusilə də sona yaxın təzyiqi artırdı. Biz isə dözməyə, hesabı qorumağa çalışdıq.
Fasiləyə qədər daha çox qol vura bilərdik. Ancaq ikinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi. Oyun heç-heçə başa çatsaydı belə, narazı qalmayacaqdım. Rəqibimiz haqda xoş fikirlər səsləndirə bilərəm. Komanda ildən-ilə artırır. Bu tempdə daha 2-3 il işləsələr, inkişaf edəcəklər. Stadiona gəldikdə, həm qazonun durumunu, həm də atmosferi bəyəndim”.
