Matuş Bero: “Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi”
23.09.2022 , 11:45

Slovakiya yığmasının futbolçusu Matuş Bero evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra açıqlama verib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ötəngünkü oyunla bağlı bunları deyib:
“Birinci hissə gərgin alındı. Qarşılaşmanın ilk hissəsi bizim üçün əsəbi keçdi. Daha çox cinahlardan hücum etmək istəyirdik. Fasilədən sonra daha yaxşı oynadıq və hesabı bərabərləşdirə bildik. Bununla belə, sonda ikinci qolu buraxdıq. Məğlubiyyətə görə təəssüflənirik”.
