PSJ-nin futbolçusu Blez Matuidi karyerasını İtaliyada davam etdirəcək.
Fransalı yarımmüdafiəçi “Yuventus”la 3 illik müqavilə bağlayıb. Turin təmsilçisi bu transfer üçün qarşı tərəfə 25 milyon avro təzminat ödəyib.
“Qoca sinyora” Fransa millisinin üzvünü tezliklə ictimaiyyətə təqdim edəcək.
