“Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç yeni mövsümdə də komandada qalacaq.
Korner.az-ın məlumatına görə, bu barədə klubun baş məşqçsi Antonio Konte məlumat verib.
“Matiç komandam üçün mühüm oyunçudur. Müəyyənləşdirdiyim taktikada onu da görürəm. Özü də bunu bilir. Bir sözlə, Matiç yeni mövsümdə də bizimlə olacaq”.
