Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədovun Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacağı barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Matias Pelk Farizin güclü rəbiq olduğunu bildirib:
"Burada çox yaxşı qarşılandıq. 10 ildi peşəkar boksla məşğul oluram. Eyni zamanda məşqçi kimi fəaliyyət göstərirəm. Almaniyada 3 boks məktəbimiz var. Fariz Məmmədov güclü boksçudu və onunla görüşü səbirsizliklə gözləyirəm."
