Mateta İngiltərədə klubunu dəyişir
28.01.2026 , 11:30
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasının digər klubunun diqqətini çəkib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvardı heyətinə qatmaq istəyən komanda “Nottingham Forest”dir.
Daha əvvəl Aston Villa və Yuventus da Matetaya maraq göstərmişdi, lakin “Kristal Pelas”ın yüksək qiymət tələbləri bu keçidi çətinləşdirib.
Mateta cari mövsümdə bütün turnirlərdə 33 matç keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə komandaya dəstək verib.