“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün “Ağsu” ilə baş tutmayan yoxlama görüşü haqda danışıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ş.Diniyev bunun komandanın hazırlıq prosesinə təsir etməyəcəyini bildirib:
“Təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirməyi planlaşdırmışdıq ki, rəqiblərimizdən də biri “Ağsu” komandası idi. Amma qarlı havaya görə oynaya bilmədik. Oyun olsaydı, daha yaxşı olardı.
Bu, son olaraq əsas heyəti müəyyənləşdirməyə və futbolçulara yenidən baxmağa kömək edəcəkdi. Mənə elə gəlir ki, yoxlama matçının baş tutmaması bizim hazırlıq planı üçün problem olmayacaq. Hər halda ikitərəfli oyun keçirib, uşaqlara baxdıq. Çempionatın ikinci hissəsinin startına az vaxt qalıb. Sabahdan “Qəbələ” ilə görüşə hazırlığımızı davam etdirəcəyik”.
