Matçın ən yaxşısı seçildi
11.07.2024 , 10:30

Avro-2024-ün yarımfinalında keçirilən Niderland – İngiltərə oyununun (1:2) ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, İngiltərə millisinin hücumçusu Olli Uotkinsdir.
Bu barədə UEFA-nın saytı məlumat yayıb.
28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
