Matçın ən yaxşısı o seçildi
18.06.2024 , 10:55

Avropa çempionatının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən Belçika – Slovakiya matçının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotkadır.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matç Slovakiya millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
