Matçın ən yaxşısı
02.07.2024 , 23:06

Avro-2024-ün 1/8 finalında bu gün Rumıniya və Niderland yığmaları arasında keçirilən matçın ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Niderland millisinin hücumçusu Kodi Qakpodur.
O, 3:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib.
