Matçın ən yaxşısı
01.07.2024 , 09:13

Avro-2024-ün 1/8 finalında keçirilən İngiltərə – Slovakiya oyununun ən yaxşısı məlum olub.
Korner.az xəbər verir ki, bu, İngiltərə millisinin hücumçusu Cud Belllinqemdir.
O, oyunun 90+5-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, İngiltərə millisi Slovakiyaya 2:1 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb.
