Matçın ən yaxşısı
03.07.2024 , 09:00

Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində baş tutan Avstriya – Türkiyə matçının (1:2) ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Türkiyə millisinin müdafiəçisi Merih Demiraldır.
Bu barədə UEFA-nın saytı məlumat yayıb.
26 yaşlı oyunçu bu görüşdə dubl edərək komandasının adını 1/4 finala yazdırıb.
