Maskerano Zanettinin rekordunu yenilədi
16.06.2018 , 18:46

Argentina millisinin üzvü Xavyer Maskerano yığmanın tarixinə düşüb.
Hazırda DÇ-2018-in ilk turunda İslandiya ilə matçın start heyətində meydana çıxan 34 yaşlı müdafiəçi yığmadakı oyun sayını 144-ə çatdırıb.Bununla da o, Xavyer Zanettinin rekordunu (143) yeniləyib.
Qeyd edək ki, Maskerano 2003-cü ildən Argetina millisində çıxış edir.
