“Barselona”nın futbolçusu Xavyer Maskerano zədələnib.
Korner.az-ın məlumatına görə, o, İspaniya kubokunun yarımfinalında “Atletiko” ilə cavab oyununda sağ ayağından zədə alıb. X.Maskeranonun La Liqanın 22-ci turunda “Alaves”ə qarşı oynamayacağı bildirilib.
Qeyd edək ki, “Alaves” – “Barselona” görüşü fevralın 11-i keçiriləcək. (Mundo Deportivo)
