“Barselona”nın futbolçusu Xavyer Maskerano klubdakı gələcəyi ilə bağlı yekun qərarını verib.
Argentinalı oyunçu ayrılmaq istəməsi ilə bağlı qərarının qəti olduğunu klub rəhbərliyinə bildirib.
Bundan başqa, X.Maskeranonun Çinin “Xebay Çayna Forçun” klubuna transfer olunacağı yazılıb. “Barsa”nın bu keçidə razılıq verəcəyi, Çin klubundan gələcək təklifi məbləğindən asılı olmayaraq, qəbul edəcəyi bildirilib. 33 yaşlı müdafiçinin yaxın günlərdə “Xebay Çayna Forçun”la müqavilə imzalayacağı gözlənilir.
