Maskerano klubunu dəyişmək istəyir
24.03.2019 , 12:58

Argentina millisinin üzvü Xavyer Maskerano iş yerini dəyişmək qərarına gəlib.
Hazırda Çinin “Hebey Çayna Forçun” klubunda çıxış edən 34 yaşlı futbolçu Argentinaya geri dönmək niyyətindədir. Ölkəsinin “Estudiantes” klubu yarımmüdafiəçinin transfer edilməsində maraqlıdır.
Qeyd edək ki, Maskerano “Hebey Çayna Forçun” klubunun heyətində 29 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
