Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
Komitənin qərarına əsasən “Bakı” – “Xəzər Lənkəran” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində isə əyalət təmsilçisinin masajçısı Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 1000 manat ziyana salıb.