“Portu”nun futbolçusu Cekson Martinez karyerasını İtaliyada davam etdirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə futbolçunun aqenti Enrike Pompeo “Area Napoli”yə müsahibəsində qeyd edib. O bildirib ki, Cekson Seria A liqasında çıxış etmək istəyir:
“Hələki dəqiq heç bir məlumat yoxdu, amma Cekson İtaliyada oynamaq istəyir. Onun “Portu”da hər şey ürəyincə olsa da, yeni təkliflər də müzakirə olunur. Hər şey mövsüm sonunda məlum olacaq”
