Martinesdən koronavirusla mübarizəyə dəstək
06.04.2020 , 16:20

“İnter”in futbolçusu Lautaro Martines nümunəvi addım atıb.
Korner.az xəbər verir ki, hücumçu koronavirusla mübarizəyə dəstək olub.
O, doğma şəhəri olan Bahia Blankanın dövlət xəstəxanalarına maliyyə yardımı edib.
Martinesin bağışladığı pulla 3350 litrlik spirt jeli, 100 min lateks əlçək və digər zəruri avadanlıqlar alınıb.
