Mart ayının ən yaxşı baş məşqçisi
25.03.2025 , 10:30

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikdir.
O, səsvermədə namizədlər arasından Manuel Pelleqrini (“Betis”) və Klaudio Giraldezi (“Selta Viqo”) qabaqlayıb.
“Barselona” mart ayında La Liqada 2 oyun keçirib və bu matçların hər birində qalib gəlib.
