Futbol üzrə Azərbaycan I Divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırıldı.
Korner.az-ın məlumatına görə, bu haqda pfl.az saytı xəbər yayıb.
Gənc oyunçu mükafatına hazırda davam edən “Zaqatala” – “Səbail” oyunundan öncə qovuşub. Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
