“Marsialın yerində olsam, heç kimə ötürmə etməzdim”
30.10.2018 , 10:08

“Mançester Yunayted” klubunun futbolçusu Nemanya Matiç komanda yoldaşı Entoni Marsial haqda danışıb. O, fransız futbolçunun ünvanına xoş sözlər deyib. Matiçin sözlərinə görə, Marsial İngiltərə Premyer Liqasının ən yaxşılarından ola bilər. “Goal” nəşrinə danışan futbolçu bunları deyib:
“Marsial çox istedadlı futbolçudu. Düşünürəm ki, o, öz istedadını, bacarığını anlamalıdı. Mənə elə gəlir, o hərdən bunu unudur. Marsialın yerində olsaydım, heç kimə ötürmə etməzdim, hər oyun qol vurardım”
Xatırladaq ki, Marsial son üç oyunda rəqib qapılarından 4 top keçirib.
