“Mançester
Yunayted”in futbolçusu Entoni Marsial ilə baş məşqçi Joze Mourinyo ilə
aralarında problemlərin olduğu, buna görə oynaya bilmədiyi və komandadan
ayrılmaq istədiyi haqda xəbərlər yayılmışdı.
Korner.az-ın
məlumatına görə, fransız futbolçu yayılan xəbərlərlə bağlı açıqlama verib.
Marsial
“Tvitter” hesabında: “Yayılan xəbərlərə inanmayın. Hamısı yalandı. Təşəkkürlər.
İrəli, “Mançester Yunaydet”!”
Xatırladaq
ki, 21 yaşlı futbolçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 13 oyuna 2 qol
vurub və 3 məhsuldar ötürmə edib.
