İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) ulduz futbolçusu Marselo komandanın azarkeşlərini təhqir edib.
Korner.az-ın məlumatına görə, bu haqda “Sporx” xəbər yayıb.
Ulduz futbolçu dünən “İnstaqram” hesabında Braziliya millisindən komanda yoldaşı Neymarın ad gününü təbrik edib. Həmin gün digər komanda yoldaşı Kriştianonun ad günü olduğuna görə azarkeşlərdən Marseloya reaksiya gəlib. Azarkeşlər “Dünyanın ən güclü futbolçusunun ad gününü təbrik etməyi unutmusan”, “Niyə Kriştianonu deyil, Neymarı təbrik etmisən?” kimi rəylərlə öz təpkilərini bildiriblər.
Braziliyalı futboçu isə cavabında “Çənənizi bağlayın, axmaqlar” rəyini yazıb.
10 il “Real”ın (Madrid) şərəfini qoruyan futbolçunun azarkeşləri təhqir etməsi çoxlu müzakirələrə səbəb olub.
