Marselo üçün “Yuventus”dan “Real”a 45 milyon avro
02.02.2019 , 10:55

“Yuventus” “Real”da qalmaq istəməyən Marselo üçün “kral klubu” ilə danışıqlara başlayacaq.
Turin təmsilçisi braziliyalı müdafiəçi üçün ispanlara 45 milyon avroluq təklif göndərməyə hazırlaşır. Əgər 30 yaşlı futbolçunun “Yuventus”a keçidi alınsa, onun yeni klubunda illik gəliri 12 milyon avro olacaq.
Marselonun “Real”la 2022-ci ilin yayına qədər müqaviləsi var.
