Marselo transferə çıxarılmasını istəyir
28.01.2019 , 12:43

“Real”ın futbolçusu Marselo Madrid klubunu tərk etmək niyyətindədir. 31 yaşlı müdafiəçi klub rəhbərliyindən transferə çıxarılmasını istəyib.
İspaniya mətbuatı braziliyalı futbolçunun sabiq komanda yoldaşı Kriştiano Ronaldonunun çıxış etdiyi “Yuventus”a keçmək fikrində olduğunu iddia edir.
2007-ci ildən “Real”da oynayan Marselo son vaxtlar əsas heyətdəki yerini itirib. Onun müqaviləsi 2022-ci ilin yayına kimidir.
