İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) klubunun futbolçusu Marselo Serxio Ramos və Roberto Karlos haqda maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu komanda yoldaşı Serxio Ramos haqda:
“Ramosu böyük qardaşım kimi görürəm. Mənə çox şey öyrədib. Möhtəşəm qardaş və dostdur”.
Braziliyalı futbolçu həmyerlisi haqda: ” İdealım Roberto Karlosdu. Bu həmişə belə olub. Həm Braziliya millisində, həm də “Real”da ondan sonra forma geyinmək çox önəmlidi”.
Xatırladaq ki, Marselo bu mövsüm “Real”ın heyətində 25 oyuna 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
