Marselo oteldəki döşəkdən zədələnib?
28.06.2018 , 16:45
Braziliya millisinin həkimi Rodriqo Lasmar ötən gün zədələnən Marselonun durumu haqda danışıb.
O, hazırda müdafiəçinin özünü yaxşı hiss etdiyini deyib: “Marselonun onurğaətrafı əzələsində ağrı var idi. İndi yaxşıdır. Fizioterapevtik proseslər bir qədər kömək edib. Durumu haqda sabah daha dəqiq danışa bilərik”.
Lasmar marselonun zədəsi ilə bağlı maraqlı iddia irəli sürüb: “Zədənin əsas səbəbini başa düşmək çətindir. Bu, köhnə zədədir. Marselonun əvvəl də belində problemi olub. Otelin döşəyi normadan çox yumşaqdır. Ola bilər ki, buna görə Marselonun beli ağrıyıb”.