Marselo “Fluminense”də
25.02.2023 , 17:27

“Olimpiakos”dan ayrılan Marselonun yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı müdafiəçi ölkəsinin “Fluminense” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq Yunanıstanda “Olimpiakos”da forma geyinən Marselo 2007-2022-ci illərdə “Real”da forma geyinib. 34 yaşlı müdafiəçi “Fluminense”nin yetirməsidir.
