Marselo Bielsanın yeni ünvanı məlum oldu
12.05.2023 , 19:55
Son olaraq “Lids”i çalışdıran Marselo Bielsanın yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, mütəxəssis Uruqvay millisini çalışdıra bilər.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, 67 yaşlı çalışdırıcı 2011-ci ildən sonra yenidən milli komandaya rəhbərlik edəcək.