“Marsel”in “Qarabağ”la oyun üçün iştirak ərizəsi – SİYAHI
22.02.2022 , 19:53

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” Ağdam təmsilçisi ilə Bakıda keçirəcəyi cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda 22 oyunçunun adı yer alıb:
Qapıçılar: Stiv Mandanda, Pau Lopez, Simon Nqapandutenbu
Müdafiəçilər: Pol Lirola, Siid Kolaşinaç, Leonardo Balerdi, Alvaro Qonzales, Uillam Saliba, Luan Peres, Duye Saleta-Kar
Yarımmüdafiəçilər: Jerson, Pape Qeye, Matteo Genduzi, Bubakar Kamara, Valentin Roncier
Hücumçular: Sedrik Bakambu, Arkadiuş Milik, Dimitri Paye, Bamba Dienq, Konrad de la Fuente, Cengiz Ünder, Amin Harit
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.
