“Marsel”i “Liverpul”a dəyişir
24.04.2025 , 12:30

“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, ingiltərəli futbolçunun xidmətində “Liverpul”un maraqlı olduğu bildirilib.
23 yaşlı forvardın transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Onun Fransa klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
