Fransanın 1-ci Liqasında mübarizə aparan “Marsel” klubu “Vest Hem”in futbolçu Dimitri Payetin transferi ilə bağlı razılıq əldə edib.
Korner.az-ın məlumatına görə, Fransa təmsilçisi 29 yaşlı futbolçunun transferi üçün 32 milyon avro ödəyəcək.
Son Avropa 2-cisi bu mövsüm “Vest Hem”in heyətində 22 oyunda iştirak edərək 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
